Ölən atasının avtomatını polisə vermədi

saytların hazırlanması

Evə çatdırılma

Ölən atasının avtomatını polisə vermədi

Kriminal

28 Mart 2019 16:19 926


Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Maarif Kərimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “AK” markalı avtomat silah, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Kərimov ifadəsində odlu silah-sursatın ona atasından qaldığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib. 

Faktla bağlı Maarif Kərimov barəsində 13-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!