ABŞ-ın Kaliforniya ştatında həyata gözlərini yuman 2 yaşlı körpəni diriltmək üçün kampaniya başladılıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, iki yaşlı qızları yuxuda vəfat edən cütlük körpəni diriltmək ümidi ilə "qlobal dua" çağırışı edib. Cütlüyün çağırışına Bethel kilsəsi cavab verib.
Kilsənin başlatdığı kampaniya çərçivəsində artıq 50 min dollar pul yığılıb. Kilsədən verilən məlumata görə, bu pul valideynlərin gözlənilməz xərclərinə sərf olunacaq. Marqarita pizza
Sabrina Eldarqızı
Telegram kanalımız