“Oliqarx Baku”da baş vermiş davaya dair hökm çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

“Oliqarx Baku”da baş vermiş davaya dair hökm çıxarıldı

Kriminal

24 İyul 2024 22:50 1638


"Oliqarx Baku” restoranında baş verən davaya görə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, restoranın Vüsal adlı icarədarını döyən Həsən adlı müştərinin azadlığı 7 ay müddətinə məhdudlaşdırılıb.

Hadisə isə bu ilin fevralında baş verib. Toyuqlu pizza

Məhkəmədə verilən ifadələrdən məlum olub ki, səhər saatlarına doğru müştərinin masasına hesab göndərilib. Müştəri isə indiyədək əyləşdiyi restoranların heç birində hesab ödəmədiyini bildirib. Bundan sonra mübahisə yaranıb. Daha sonra Həsən restoranın dəhlizində "Oliqarx Baku”nun icarədarına zərbələr endirib.

Zərərçəkmiş şəxs məhkəməyə videokonfrans vasitəsilə qoşularaq ona ziyan vurmuş müştəridən şikayətçi olmadığını bildirib.

"Oliqarx Baku” həm də gecə klubu kimi tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!