Azərbaycanda gün ərzində koronavirus əleyhinə 38 789 vaksin vurulub.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 668 nəfərdir. Marqarita pizza
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 923 055, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 863 636, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 059 419 təşkil edir.
Telegram kanalımız