Ölkəyə qanunsuz gətirilən 14 “iPhone” sərhəddə tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə qanunsuz gətirilən 14 “iPhone” sərhəddə tutuldu 

Maraqlı

01 Dekabr 2023 15:27 718


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. 

Gömrük Komitəsindən Yenisabah.az-a verilən xəbərə görə, idarənin əməliyyat şöbəsinə “Chevrolet” markalı avtomobilin sürücüsünün Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən mobil telefonlar və tütün məmulatlarını hava limanının avtodayanacağında təhvil alacağı barədə məlumat daxil olub. 

Həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və sözügedən şəxs sərnişinlərdən mobil telefonları alıb avtomobilə yığarkən saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 ədəd “iPhone” markalı mobil telefon və 3 qutu tütün məmulatı aşkar edilib.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!