Ölüm xəbəri yayılan prezident tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Ölüm xəbəri yayılan prezident tapıldı

Dünya

22 İyul 2019 05:42 2959


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun yoxa çıxması ölməsi ilə əlaqədar deyil - onun anası ağır xəstədir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiyanın NTV telekanalı, türkmən mənbələrinə istinadən xəbər yayıb.

“Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 10 gündür ağır vəziyyətdə yataqda olan anasını ziyarət etmək üçün Almaniyaya gedə bilər”, - deyə mənbələr bildiriblər. Dördpendirli pizza

Yerli KİV qeyd edir ki, Berdiməhəmmədov təxminən iki həftədir ictimaiyyət arasında görünmür. Daha əvvəl isə dövlət televiziyası bəyan etmişdi ki, Prezident ailəsi ilə bir yerdə olmaq və yarımçıq qalmış kitabını tamamlamaq üçün məzuniyyətə gedib. Yeri gəlmişkən, bundan sonra Berdiməhəmmədovun təyyarələrindən biri Almaniyada görünmüşdü.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!