Ölüsünə ehsan verən adam cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ölüsünə ehsan verən adam cəzalandırıldı

Hadisə

07 May 2020 10:27 1111


Türkiyənin Van şəhərinin valisi Mehmet Emin Bilmez maraqlı açıqlama ilə çıxış edib. Vali deyib ki, insanlar koronavirusa daha çox yas məclislərində yoluxurlar.

Yenisabah.az xəbər verir ki, bundan sonra valilik sərt tədbirlər görməyə başlayıb. Rəsmi məlumatlarda qeyd olunur ki, Vanın İpəkyolu qəsəbəsində yas mərasiminə qatılan 6 dövlət məmuru cərimə olunub. Həmçinin qəsəbədə yas mərasiminin təşkilinə icazə verən muhtar Mehmet Nuri Yönten işdən çıxarılıb.

Rəsmi məlumatlarda məclis sahibinin də cəzasız qalmadığı bildirilir. İcazəsiz ehsan verdiyinə görə onun 22 500 lirə cərimə olunduğu qeyd edilir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!