Omanda ABŞ-İran danışıqları keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Omanda ABŞ-İran danışıqları keçirilir

Dünya

06 Fevral 2026 12:40 338


Omanda İran və ABŞ nümayəndə heyətləri arasında nüvə danışıqları başlayıb.

“Yeni Zaman” Reuters-ə istinadla xəbər verir ki, Məsqətdə keçirilən danışıqlar iki ölkə arasında gərginliyin artdığı və ABŞ-nin bölgədə hərbi mövcudluğunu gücləndirdiyi bir dövrə təsadüf edir.

İran xarici işlər naziri Abbas Əraqçi omanlı vəzifədaşı Bədr Əlbusəidi ilə görüşərək ABŞ-ı “həddindən artıq tələblər və avantürist addımlar”dan çəkindirib və Tehranın öz milli təhlükəsizliyini qorumağa hazır olduğunu bildirib. Marqarita pizza

ABŞ tərəfi danışıqların İranın nüvə proqramı ilə yanaşı, ballistik raketlər və regional fəaliyyətləri də əhatə etməsini istəyir. İran müzakirələrin yalnız nüvə məsələləri ilə məhdudlaşdırılmasını tələb edir.

 CENTCOM komandanı admiral Bred Kuper də İranla danışıqlara qatılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!