Omikronsunuz? - Əsas simptomlar

Omikronsunuz? - Əsas simptomlar

Sağlamlıq

02 Fevral 2022 09:22 1613


“Gizli omikron” kimi də tanınan koronavirusun omikron ştammının BA.2 alt növünün simptomları orijinal ştamın simptomlarına bənzəyir.

Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. “Gizli omikron”un əsas fərqləndirici xüsusiyyətlərinin siyahısına yüksək hərarət, davamlı öskürək, qoxu və ya dadın itirilməsi (yaxud dəyişməsi) daxildir.

Tədqiqatçıların sözlərinə görə, daha spesifik simptomlar hələ müəyyən edilməyib.

Bu əlamətlərdən hər hansı biri aşkar edilərsə, mütəxəssislər dərhal həkimə müraciət etməyi, COVID-19 testindən keçməyi və özünütəcrid rejiminə keçməyi tövsiyə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!