Ömrü eşşəklə su daşımaqda keçənlər -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ömrü eşşəklə su daşımaqda keçənlər - FOTOLAR

Sosial

26 Fevral 2026 13:04 4186


Şəmkir rayonunun Hacıalılar kəndində 21-ci əsrdə belə əhali hələ də evlərinə su çatdırmaq üçün böyük çətinliklərlə üzləşir.

“Yeni Sabah” xəbər verir ki, kənd sakinləri, xüsusilə qadınlar bulaqlardan su bidonlarını dolduraraq eşşəklərə yükləyib palçıqlı yollarla evlərinə daşıyırlar.

2026-cı il olmasına baxmayaraq, kənddə mərkəzləşdirilmiş su sistemi yoxdur və əhali gündəlik ehtiyaclarını bu üsulla təmin etməli olur. Fevral ayı, qışın soyuq günlərində bu vəziyyət kənd sakinləri üçün daha da çətinləşir. pizza sifarişi

Kənddə təkcə insanlar deyil, heyvanlar da susuzluqdan əziyyət çəkir və həmin bulağa su içməyə gedirlər. 

Fotoqraf İlham Mustafayevin Hacıalılar kəndində insanların eşşəklə su daşımasını əks etdirən fotolarını təqdim edirik:   

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Naməddin
    A başınıza dönüm! O xarabadan köçmək heç ağlınıza gəlmədimi?
    3 months ago