On altı şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti tam dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

On altı şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti tam dayandırıldı

Avto

04 İyul 2020 09:30 1585


Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib.

Qərara əsasən, həftəsonu - 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. pizza sifarişi

Qeyd edək ki, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək qeyd olunan şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!