Ona “Ən yaxşı aktyor” mükafatı verildi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ona “Ən yaxşı aktyor” mükafatı verildi - FOTO

Şou

30 İyun 2025 14:13 367


TRT-nin beynəlxalq rəqəmsal platforması olan “Tabii”nin serialı “Qassal”ın baş rol ifaçısı Ahmet Kural canlandırdığı “Baki” obrazı ilə İtaliyada “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Yenisabah.az xəbər verir ki, İtaliyanın Riccione və Rimini bölgələrində keçirilən festivalda Kuralın canlandırdığı “Baki” obrazı həm tamaşaçılar, həm də münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. 

Ahmet Kural mükafatlandırma mərasimində çıxışı zamanı “Qəssal” serialının ölüm kimi universal, lakin danışmaqdan çəkinilən bir mövzunu ürəyə toxunan bir hekayə ilə təqdim etdiyini vurğulayıb:  Sezar pizza

“Bu hekayəni milyonlarla tamaşaçı ilə tanış edən TRT-yə və “Tabii” platformasına, prodüserimizə, ssenaristimizə və rejissorlarımıza təşəkkür edirəm. Bu mükafatı mənə dəstək olan ailəmə həsr edirəm."

Aydan Hacıbalazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!