“Onlar arvad davasından və reklamdan qazanır” - Aqil Abbas

saytların hazırlanması

Evə çatdırılma

“Onlar arvad davasından və reklamdan qazanır” - Aqil Abbas

Sosial

03 Fevral 2025 14:56 191


“İndi bütün televiziyalarda arvad boğuşmasında, şou proqramında həkimlərin, dərmanların reklamı gedir. Buna əncam çəkmək lazımdır”.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Deputat televiziyalarda həkimlərin reklamının düzgün istiqamətdə getmədiyini vurğulayaraq qanuna yenidən baxılmasını tövsiyyə edib:   Toyuqlu pizza

“Heç görmüsünüz ki, Rəşad Mahmudovu tərifləsinlər? Həkim reklamı düzgün deyil. İstərdim ki, yaz sessiyasının işlər planında reklam haqqında qanuna yenidən baxılsın. Doğrudur, bu, televiziyalara, yəni özəl kanallara böyük ziyan vuracaq. Çünki onlar arvad davasından və reklamdan qazanır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!