“Barselona”nın baş məşqçisi Ernosto Valverde “Liverpul” – “Barselona” (4:0) matçından sonra açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, çalışdırıcı açıqlamasında matç barədə fikirlərini bildirərkən rəqibin daha da güclü oynamasını qeyd edib. O, eyni zamanda üzüntülərini də gizlətməyib:
“4 qol buraxırsansa və qol vurmursansa, buna heç bir bəhanə gətirmək olmaz. Onlar bizdən daha yaxşı idilər, çox daha yaxşı idilər. Bunu qəbul etməliyik. Onların ikinci qolu bizi tamamilə sarsıtdı. Buna görə də, üzərindən 2 dəqiqə sonra üçüncü qolu vurdular. Biz isə o ana qədər şanslarımızı dəyərləndirə bilmədik. Onların 4-cü qolu? Nə olduğunu belə anlaya bilmədim. Üzümü çevirib baxdığım zaman, topun artıq qapıdan keçdiyini gördüm. Bu hücum çox möhtəşəm idi. Onların artıq itirəcək nəyisə yox idi, buna görə də var gücləri ilə bizi təzyiqdə saxladılar. Biz də bacarmadıq. Bizə sadəcə onları finala çıxmaları münasibətilə təbrik etmək qalır. Bu, həm bizimçün, həm də azarkeşlərimiz üçün çox üzücü haldır. Biz özümüzü tam hazırlamışdıq, buna görə də bu cür gedişatı gözləmirdik." Pepperoni pizza
Telegram kanalımız