“Onlar peşəkarlıqlarına görə yox, şou verilişlərinin sayəsində məşhurlaşıblar“

saytların hazırlanması

Evə çatdırılma

“Onlar peşəkarlıqlarına görə yox, şou verilişlərinin sayəsində məşhurlaşıblar“

Maraqlı

27 May 2021 15:31 2262


“Mən Azərbaycan tamaşaçısının bütün günü televizor qarşısında əyləşdiyini düşünmürəm. Ölkəmizdə televiziya tamaşaçılarının sayı çox azdır. Düşünürəm ki, bunun səbəbi keyfiyyətli verlişlərinin sayınını azlığı və peşəkar telejurnalistlərin televiziyaları tərk etməsidir. Telekanallarda tanınan simaya çevrilən jurnalistlər televiziyanı dövlət işinə dəyişirlər. Çoxları televiziyadan tramplin kimi istifadə edir".

Bu sözləri Modern.az saytına açıqlamasında Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. Baş redaktor bildiirb ki, Türkiyə, Rusiya telekanalları Azərbaycan televiziyalarını sıxışdırır: "Amma bu o demək deyil ki, Azərbaycanda peşəkar telejurnalist azdır. Sadəcə olaraq, Azərbaycan televiziyası üçün verilən azadlıq miqyası azdır. Düşünürəm ki, televiziya jurnalistinə cəmiyyəti narahat edən, siyasi mövzularda sərbəst danışmağa icazə verilməlidir. Televiziyanın işi mərsiyə deməkdən ibarət olmamalıdır.

Ad çəkmək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, cəmiyyətin tanıdığı, populyar olan televiziya jurnalistlərin çoxu heç də o zirvəyə layiq deyillər. Onlar şou verilişlərinin sayəsində populyarlaşıblar. Onlar peşəkarlıqlarına görə yox, seçdikləri mövzulara görə tanınırlar”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!