YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Onlar sülh istəmir, heç istəməsinlər, biz də istəmirik...”  - Əməkdar artist

“Onlar sülh istəmir, heç istəməsinlər, biz də istəmirik...” - Əməkdar artist

Mədəniyyət

14 Sentyabr 2022 12:02 2857


Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında da Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülüstan Əliyeva bu təxribatların Azərbaycan xalqını qorxutmadığını bildirib.

Sənətçi ermənilərə layiqli cavab verilənə qədər əməliyyatların davam edəcəyini deyib:

“Dünəndən bəri şəhid xəbərləri gəlir, heç gecələr də yata bilmirik. Onlar sülh istəmirlər, heç istəməsinlər. Biz də istəmirik, lazım da deyil. Hamısını kürüyüb töksünlər öz yerlərinə. Bu qətiyyən Azərbaycan xalqını qorxuda bilməz! Biz ancaq irəliləmək haqqında düşünürük və ölkə Prezidentimizin də amalı budur. Şəhid versək də, ancaq irəliyə doğru getməliyik. Onları layiq olduqları yerdə oturdana qədər bu davam edəcək. Biz də xalq olaraq bunu istəyirik. Allah igidlərimizə, ordumuza kömək olsun, Ali Baş Komandanımızı qorusun”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!