Onlar yenidən parlamentə qayıdır?

saytların hazırlanması

Evə çatdırılma

Onlar yenidən parlamentə qayıdır?

Siyasət

25 May 2024 08:23 10956


Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı xəbərlər ciddiləşməkdədir. 

MSK sədri Məzahir Pənahovun bunun mümkünlüyü  barədə açıqlamasından sonra hakim partiya daxilində də deputatlığa namizədlərin kimlər olacağına dair müzakirələr başlanıb.

Qeyd edək ki, hələ bir neçə gün əvvəl  YAP-ın yeni namizədlər siyahısında indi deputat olan bir çox şəxsin yenidən namizəd olmayacağı barədə xəbər yayılmışdı. Bəzi məlumatlarda isə bildirilir ki, vaxtilə YAP-ı parlamentdə təmsil edən bir sıra məşhurlar da yenidən bu niyyətə düşüb. Marqarita pizza

Gununsesi.info-nun əməkdaşı onların bəziləri ilə əlaqə saxlayaraq, bu barədə iddialara münasibətlərini öyrənməyə çalışıb.

10 il Milli Məclisin ən fəal deputatlarından biri olan Musa Musayev saytımıza açıqlamasında hələlik bu barədə fikir ifadə etmək istəmədiyini deyib: “Düzdür, mən Yeni Azərbaycan Partiyasının qurucularından biri olmuşam və 10 il Milli Məclis üzvü, 5 il də icra başçısı işləmişəm. Uzun illər işsiz qalandan sonra Nərimanov rayonunda DSK sədriyəm. Seçkidə iştirakımın olub-olmamasına dair suala gəlincə, seçkilərə start veriləndə mövqeyimi açıqlayacağam”.

 Keçmiş deputat Əhəd Abıyev isə “Bu barədə nəsə danışmaq istəmirəm” deyə fikir bildirməkdən imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!