“Onları lobbimizə çevirmək lazımdır” - Natiq Cəfərli

saytların hazırlanması

Evə çatdırılma

“Onları lobbimizə çevirmək lazımdır” - Natiq Cəfərli

Siyasət

26 Noyabr 2020 11:55 1235


“Fransa senatının qəbul etdiyi qətnamənin ciddi hüquqi yükü olmasa da, Fransa üçün  böyük siyasi yükü var. Fransa Minsk Qrupundan dərhal çıxarılmalıdır. Bu ilk addımdır, amma sonra Fransa ilə əlaqələri kəsmək əvəzinə onlarla daha sıx işləmək lazımdır”.

Yenisabah.az xəbər verir ki, bunun REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.

O qeyd edib ki, Fransa siyasətçilərinin bir qismi bu məsələdə hüququn yox, bir ovuc erməni əsilli seçicinin marağının yanında yer alıb: Dördpendirli pizza

“Amma Fransa biznesi, hansı ki ölkədə ciddi çəkiyə malikdir, bu tutumdan məmnun deyil. Çünki Fransa şirkətləri Azərbaycanda nəzərdə tutulan böyük özəlləşmə proqramında iştirak etmək istəyir, bundan başqa İran açılandan sonra (2021-də İranla ABŞ yeni saziş imzalayacaq, sanksiyaların böyük qismi götürüləcək) Azərbaycan üzərindən İranda iş qurmağı planlayırlar və burada söhbət milyardlardan gedir. Ona görə də yubanmadan Fransa iş adamlarını birləşdirən qurumlarla əlaqəyə keçmək, görüşmək, onları lobbimizə çevirmək lazımdır. Pafosu, qarğışı, təhqiri kənara qoyaq, real iş görək, bu addımın presidentə çevirilməsinə imkan vermək olmaz! Senatın sənədini Fransa hökuməti təsdiqləməsə, hərəkətə keçməsə, heç bir hüquqi zəmin yaratmayacaq, ona görə də vaxt itirmədən bütün imkanlar səfərbər edilməlidir! Biz öz imkanlarımız çərçivəsində bacardığımızı edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!