Oqtay Əsədov təltif olundu

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əsədov təltif olundu

Siyasət

23 Sentyabr 2019 16:34 1005


Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov “Türk Akademiyasının qızıl medalı” ilə təltif olunub.

"Yeni Sabah" xəbər verir ki, O.Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransında iştirak etmək üçün Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində səfərdədir.

Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasında keçirilmiş tədbirdə O.Əsədov Naxçıvan müqaviləsinin 10 illiyi münasibətilə “Türk Akademiyasının qızıl medalı” ilə təltif edilmişdir. Mərasimdə Milli Məclisin Sədri çıxış edərək təltiflə əlaqədar öz ürək sözlərini bölüşüb. pizza hut

Sentyabrın 24-də Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransının açılış mərasimindən sonra konfrans işə başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!