Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü

Hadisə

19 Noyabr 2019 17:13 1228


Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev öz “Facebook” hesabında məlumat verib.

“Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən Amerikan Xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - deyə o qeyd edib. Pepperoni pizza

Qeyd edək ki, O.Gülalıyev Türkiyənin “Avrasiya” Klinikasında müalicə olunurdu. 

O, oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub.

Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!