“Oqtay Gülalıyev az da olsa ayaqları üzərində dura bilir” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Oqtay Gülalıyev az da olsa ayaqları üzərində dura bilir” - Video

Hadisə

07 Fevral 2020 16:50 1156


Oqtay Gülalıyevin səhhətində müəyyən irəliləyişlər yaranıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə oğlu Təbriz Gülalıyev məlumat verib.

“Atamın səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatdan sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhəti pisləşmir. Az da olsa yardımçı vasitə ilə öz ayaqları üzərində dura bilir” pizza

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!