“Oqtay, səni unuda bilmirəm” - Dilarə Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Oqtay, səni unuda bilmirəm” - Dilarə Əliyeva

Şou

19 İyun 2025 12:12 698


Əməkdar artist Dilarə Əliyeva mərhum əri Oqtay Əliyevlə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, Oqtay Əliyevin fotosunu yayımlayan aktrisa bu sözləri yazıb:

"Bu gün sənin doğum günündür… Sən bu dünyadan köçmüsən, amma hər gün, hər an bizimlə yaşayırsan. Vaxt keçir, illər ötür, amma yoxluğun heç vaxt vərdiş etdiyimiz bir şey olmur. Sənin səsin, baxışların, zarafatların, hamısı yaddaşımda canlıdır. Bəzən bir mahnı, bir səssizlik, bir qoxu sanki səni yenidən yanıma gətirir. Sənin varlığın həyatımın ən dəyərli parçalarından biri idi – indi isə xatirələrinlə nəfəs alıram. Qəlbimdə daim bir yerin var və orada həmişə gülümsəyirsən. pizza hut

Ad günün mübarək, Oqtay. Ruhun şad olsun. Bil ki, səni unutmuram. Unuda bilmərəm".

Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında dünyasını dəyişib. Cütlüyün 2 qızı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!