Oqtay Şirəliyev türkiyəli həmkarı ilə koronavirusu müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Şirəliyev türkiyəli həmkarı ilə koronavirusu müzakirə etdi

Sağlamlıq

25 Fevral 2020 00:59 1031


Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev arasında telefon danışığı baş tutub. "Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz "Twitter" hesabında yazıb. Onun sözlərinə görə, əsas müzakirə mövzusu koronovirus və ondan qorunma yolları olub: "Azərbaycan Səhiyyə naziri, dostum Oqtay Şirəliyevlə telefonla danışdım. Qonşu ölkələrdə mövcud olan koronovirusa qarşı mübarizə ilə bağlı Türkiyə və Azərbaycan olaraq, iki ölkə arasında görəcəyimiz tədbirlər haqqında müzakirələr apardıq".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!