Oqtay Şirəliyev ÜST-nin Avropa üzrə Regional Komitəsinin sessiyasında çıxış edib

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Şirəliyev ÜST-nin Avropa üzrə Regional Komitəsinin sessiyasında çıxış edib

Sağlamlıq

14 Sentyabr 2020 19:29 878


Bu gün ÜST-nin Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb. Tədbirdə Azərbaycanı Səhiyyə naziri cənab Oqtay Şirəliyev təmsil edir və ölkənin COVID-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, ÜST-nin Ölkə Ofisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan höküməti ilə COVID-19 və səhiyyə ilə bağlı digər mühüm məsələlərdə əməkdaşlıq etməkdən qürur duyur.

Qeyd edək ki, ÜST-nin Avropa üzrə Regional Komitəsi bu il 14-15 sentyabr tarixində virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır. Marqarita pizza

Bu Komitədə qəbul olunan qərarlar və siyasətlər, ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.

Komitə 15 sentyabr 16:00-da yekunlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!