Orban Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Orban Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi

Siyasət

18 Yanvar 2026 17:11 556


"Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının idarə olunması məsələləri ilə məşğul olacaq Sülh Şurasının tərkibinə daxil olmaq təklifini qəbul edib".

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, Macarıstan hökuməti Trampın təklifini özü üçün böyük şərəf hesab edir və Trampın təklifi qəbul olunacaq. Siyartonun sözlərinə görə, Orban bu barədə ABŞ administrasiyasına məlumat verməyi ona tapşırıb. pizza sifarişi

Siyarto vurğulayıb ki, Macarıstan Yaxın Şərqdə sülhün bərqərar olmasında maraqlıdır, çünki bu regiondakı vəziyyət Avropanın təhlükəsizliyinə ciddi təsir göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!