Ordumuz bu tarixdə ildırımsürətli əməliyyat keçirəcək - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz bu tarixdə ildırımsürətli əməliyyat keçirəcək - Politoloq

Siyasət

14 Yanvar 2023 00:32 1198


Son vaxtlar gedən proseslər onu göstərir ki, Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı ərazilər yaxın 6 ayda Azərbaycanın yurisdiksiyasına keçəcək.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüsyenli Musavat TV-nin efirində deyib.

O bildirib ki, Prezident müsahibəsində (10 yanvarda Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi nəzərdə tutulur – red.) buna işarə edib və onun istiqamətlərini müəyyənləşdirib: pizza mizza

“Azərbaycan Ordusunun kəşfiyyat qüvvələri həm yerdən, həm də peyk, həm də dronlardan istifadə etməklə qanunsuz erməni silahlılarının yerləşdiyi ərazilərin hamısını nəzarətdə saxlayır. Yəni Azərbaycan Ordusunun əlində bununla bağlı dəqiq kəşfiyyat materialları var. Əgər bu qanunsuz silahlılar ərazimizdən sonuncu nəfərinə qədər çıxmasa, Azərbaycan Ordusu bütün detallarına qədər işləyib hazırladığı məhdud miqyaslı antiterror əməliyyatını tətbiq edəcək. Bu əməliyyatda dağ qoşun hissələri, xüsusi təyinatlılar, komandolar – Ordumuzun elitası iştirak edəcək, döyüş texnikalarımız, xüsusilə PUA-lar tam hazır vəziyyətdədir. Dediyim kimi, bu, bizim Qarabağda keçirdiyimiz antiterror əməliyyatı olacaq. Əməliyyatın müddəti 3-5 gün çəkəcək – ildırımsürətli əməliyyat olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!