“Ordumuz sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır” – Zakir Həsənov

saytların hazırlanması

Evə çatdırılma

“Ordumuz sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır” – Zakir Həsənov

Rəsmi

30 May 2020 18:42 2066


Mayın 30-da müdafiə naziri Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində ordunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin “istənilən vəzifəni yerinə yetirməyə” qadir olması barədə bəyanatını xatırladan nazir deyib ki, bu sözlər “ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır”.

“Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”, - Z.Həsənov bildirib. Pepperoni pizza

Z.Həsənov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin  hərbi-texniki potensialı xeyli yüksəlib. Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən müasir silah və hərbi texnikalar ilə mütəmadi təchizat ordunun düşməndən xeyli üstün olduğunu nümayiş etdirir.

Nazir müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi, döyüş növbətçiliyinin aparılması şəraitinin təkmilləşdirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların tibbi təminatı və bir sıra digər məsələlərlə bağlı konkret göstərişlər verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!