Orta ixtisas təhsili olmayanlar rəhbər vəzifələrdə çalışır - Nazir əvəzi

saytların hazırlanması

Evə çatdırılma

Orta ixtisas təhsili olmayanlar rəhbər vəzifələrdə çalışır - Nazir əvəzi

Mədəniyyət

28 Fevral 2023 13:09 2051


“Orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır”. 

Yenisabah.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib. 

Nazir əvəzi bildirib ki, bu gün Azərbaycanda 7000-ə yaxın mədəniyyət müəssisəsi var və orada  ciddi problemlər var:  pizza hut

“Onların infrastrukturları demək olar ki, yoxa çıxıb. Ucqar kəndlərdə yerləşən kitabxanaların vəziyyəti olduqca acınacaqlıdır. Kitab təminatında da ciddi problemlər var. Həmin müəssisələrdə çalışan kadr potensialı bərbad durumdadır. Hətta orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır. Prosesə kompleks yanaşmaq lazımdır. Bu məsələ ilə əlaqəli ciddi araşdırma və təhlil aparılır ki, səhv etməyək. Həmin müəssisələrin faydalılığı da yoxlanılmalıdır”. 

A.Kərimli əlavə edib ki, islahatların doğru aparılmasında hər kəsin dəstəyinə ehtiyac var: “Çünki bu tək nazirliyin və ya məmurun işi deyil. Hər kəs bu prosesdə iştirak etməlidir. Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan 41 min heyət var. Bunun da təxminən 30 minə yaxını bölgələrdəki mədəniyyət müəssisələrində çalışır. Aparılan təhlillərə görə, 30 minin cəmi 7 %-nin mədəniyyət və incəsənət sahəsində yalnız orta ixtisas təhsili var. Bu sahədə ciddi islahat aparılmalıdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!