İspaniyanın paytaxtı Madriddə keçiriləcək "Madrid Open" turnirinin nəticələrinə əsasən, son iki "Böyük dəbilqə" turnirinin qalibi olan Naomi Osaka ilk pillədəki yerini itirə bilər.
“Yeni Sabah” xəbər verir ki, yaponiyalı raketka ustası WTA sıralamasındakı mövqeyini qorumaq üçün turnirdə yarımfinala yüksəlməlidir. O, bunu bacarmayacağı təqdirdə Simona Halep və Anjelik Kerberin liderliyə yüksəlmək şansı yaranacaq. Bunun üçün hər iki tennisçi Madriddə çempionluq yaşamalıdır. Lakin Halepdən fərqli olaraq, Kerberə təkcə bu da yetməyəcək. Almaniyalının birinciliyə yüksəlməsi üçün Osaka ikinci turda mübarizəni dayandırmalıdır.
Dünya iki nömrəsi Petra Kvitovanın isə bu həftə birinci sıraya qalxmaq ehtimalı yoxdur. Çünki o, Madriddə titulunu qorumalıdır. Dördpendirli pizza
Telegram kanalımız