Öskürək, burun axması, gözlərin qızarması.. - Bu əlamətlər varsa...

saytların hazırlanması

Evə çatdırılma

Öskürək, burun axması, gözlərin qızarması.. - Bu əlamətlər varsa...

Sağlamlıq

21 İyun 2026 11:53 201


Məxmərək (alman qızılcası) virusunun törətdiyi infeksion xəstəlik uşaqlarda adətən yüngül keçsə də, hamiləlik dövründə ciddi fəsadlara səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislər məxmərəyin xüsusilə peyvənd olunmamış hamilə qadınlar üçün təhlükəli olduğunu bildiriblər. Xəstəliyin əlamətləri bəzi hallarda müşahidə edilməsə də, yoluxmuş şəxslər virusu başqalarına ötürə bilirlər.

Məxmərək virusu hamilə qadından dölə keçərək onun inkişafına ciddi zərər verə bilər. İnfeksiyaya yoluxma aşağı və ya ölü doğuşla nəticələnə, həmçinin körpədə ürək qüsurları, eşitmə və görmə problemləri, eləcə də əqli inkişaf pozuntularına səbəb ola bilər. Risk xüsusilə hamiləliyin ilk üç ayında daha yüksək olur. Dominos pizza

Xəstəliyin ağırlaşmaları arasında beyin zədələnməsi, qanaxmalar və immun sisteminin zəifləməsi də yer alır.

Uşaqlarda əsasən üz nahiyəsindən başlayaraq bütün bədənə yayılan qırmızı səpgilər, yüngül qızdırma, limfa vəzilərinin böyüməsi, öskürək, burun axması, gözlərin qızarması və oynaq ağrıları ilə müşayiət olunur. Bununla yanaşı, yoluxan şəxslərin təxminən yarısında heç bir əlamət müşahidə edilmir.

Məxmərəkdən qorunmağın ən təsirli yolu vaxtında peyvənd olunmaqdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!