Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 36 yaşlı Nəriman Əliyevin məhkəməsi davam edir. O, barda tanış olduğu qızı oteldə öldürməkdə ittiham olunur.
“Yeni Sabah” xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi məhkəmə iclasında dövlət ittihamçısı sözünü deyib. O, Nəriman Əliyevə 20 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.
Qətl keçən ilin sentyabrında Abşeron rayonundakı “Oskar” otelində baş verib. Nəriman Əliyev Aysel Orucova ilə üç il əvvəl Pirşağıdakı barlardan birində tanış olubmuş. Tez-tez görüşürlərmiş. Növbəti görüşlərdən birində Nəriman emosiyalarını cilovlaya bilməyib, qızı qətlə yetirib. Ona 11 bıçaq zərbəsi vurub. Ayselin həyatını xilas etmək mümkün olmayıb. pizza
Nəriman ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini deyir. “Mənə yalan danışırdı”, – ittiham olunan şəxs belə söyləyir.
Nəriman Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adamöldürmə) maddəsi ilə ittiham edilir.
Bizimyol.info
Telegram kanalımız