Ötən axşam Milli Məclisin binasına nə qədər ziyan dəyib? - Açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ötən axşam Milli Məclisin binasına nə qədər ziyan dəyib? - Açıqlandı

Hadisə

15 İyul 2020 18:54 970


Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçılarının törətdiyi dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 manat məbləğində maddi ziyan dəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik", - deyə məlumatda bildirilir. pizza sifarişi

Qeyd edək ki, ötən gecə Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!