Dünyada koronavirusa yoluxan insanların sayı 153,18 milyonu ötüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumatına görə, mayın 4-də dünyada daha 644 685 koronavirusa yoluxma faktı qeydə alınıb, 10 501 nəfər ölüb. pizza sifarişi
Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiyanın regionunun payına düşür.
Dünyada ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 083 656 nəfərdə COVID-19 aşkarlanıb. Siyahıda sonrakı yerdə Hindistan (20 282 833), Braziliya (14 754 910), Fransa (5 567 300), Türkiyə (4 900 121), Rusiya (4 839 514), Böyük Britaniya (4 421 854), İtaliya (4 050 708), İspaniya (3 514 942), Almaniya (3 433 516), Argentina (3 005 259) və Kolumbiya (2 893 655) qərarlaşıb.
Telegram kanalımız