Ötən həftə açılışı olan Sabunçu dəmiryolu təmirə dayandı

saytların hazırlanması

Evə çatdırılma

Ötən həftə açılışı olan Sabunçu dəmiryolu təmirə dayandı

İqtisadiyyat

29 May 2019 17:32 1830


Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarları mayın 31-də, iyunun 1-2-də işləməyəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Xəbərə görə, təmirlə əlaqədar qatarların hərəkəti 3 günlük dayandırılacaq. İyun ayının 3-dən etibarən qatarlar yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Gediş plastik kartla və biletlə təşkil olunacaq. Bu barədə sərnişinlərə əlavə məlumat veriləcək. Təmirin nədən ibarət olması açıqlanmayıb.  pizza

Xatırladaq ki, Sabunçu vağzalı və dəmir yolu xəttinin mayın 21-də prezidentin iştirakı ilə açılışı olub. Açılışdan bir neçə gün sonra vağzalda, sonra isə başqa təmir işlərinin başlanması görünür işlərin tam yekunlaşmadan xəttin istifadəyə verildiyini göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!