Ötən il 27 minə yaxın iş üzrə ekspert rəyi və arayış verilib

saytların hazırlanması

Evə çatdırılma

Ötən il 27 minə yaxın iş üzrə ekspert rəyi və arayış verilib

Sosial

11 Fevral 2026 12:43 378


2025-ci il ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 növ və 41 ekspert ixtisası üzrə ekspertlər tərəfindən 26.890 iş barədə ekspert rəyi və arayış verilib.

Bu barədə “Yeni Sabah”a nazirlikdən məlumat verilib.

Verilmiş rəy və arayışların daxil olmuş işlərə nisbəti 2024-cü il ilə müqayisədə 6.6 faiz artıb. pizza mizza

Hesabat dövründə ekspertlər tərəfindən 2.216.778 obyekt üzərində tədqiqat aparılıb, məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən qərar və qərardadlarda qoyulmuş 78.808 sual cavablandırılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!