Ötən il 43 bələdiyyənin vəzifəli şəxsi cəzalandırılıb

saytların hazırlanması

Evə çatdırılma

Ötən il 43 bələdiyyənin vəzifəli şəxsi cəzalandırılıb

Siyasət

13 Fevral 2026 11:33 421


“2025-ci ildən etibarən ölkə üzrə bütün bələdiyyə aktları inzibati nəzarət üçün qanunvericiliyin tələblərinə uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət orqanının 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktları də informasiya sisteminə yerləşdirilib. Marqarita pizza

Nazir müavini bildirib ki, görülən tədbirlər nəticəsində bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları və bununla bağlı vəzifəli şəxslərin törətdiyi inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb:

“2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə 50 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə tərtib edilən protokolların sayı 103 olub”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!