Otlaq üstdə dalaşdılar – Bir ailənin 4 üzvü öldü

saytların hazırlanması

Evə çatdırılma

Otlaq üstdə dalaşdılar – Bir ailənin 4 üzvü öldü

Hadisə

24 Aprel 2020 16:52 1434


Türkiyənin Manisa bölgəsində otlaq sahəsi üzərində düşən davada dörd nəfər ölüb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, otlaq sahəsinə görə bir müddətdir aralarında söz-söhbət olan iki ailə arasında mübahisə yaşanıb. 

Davada bir ailənin dörd üzvü öldürülüb, digər ailənin bir üzvü isə yaralanıb. Hadisə zamanı öldürülən 63 yaşlı Hasan Mısırlının həbsdən yeni çıxdığı deyilir.  pizza sifarişi

Məlumata görə, tərəflərdən biri digərinə bıçaqla hücum etdikdən sonra hadisə böyüyüb və Qalib adlı şəxs evindəki ov tüfəngi ilə atəş açmağa başlayıb. Həmin şəxs polis tərəfindən saxlanılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!