Ov zamanı FACİƏ: Dostunu ürəyindən güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Ov zamanı FACİƏ: Dostunu ürəyindən güllələdi

Kriminal

19 Oktyabr 2025 23:34 748


Yardımlıda ov zamanı bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün rayonun Ostayır kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəyyam Nağıyev Vüqar Əsgərovu güllələyərək öldürməkdə şübhəli bilinir. Hadisə ehtiyatsızlıq səbəbindən baş verib. pizza

Məlumata əsasən, onlar birinci heyvanı vurduqdan sonra ikinciyə atəş açmaq istəyiblər. Lakin həmin an yanlarında olan itin hərəkəti atəş istiqamətini dəyişib və güllə təsadüfən Vüqar Əsgərovun ürək nahiyəsinə dəyib. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, hər iki şəxs ailəli olublar və hər ikisinin üç övladı var. Onların uzun illər dostluq münasibətləri olduğu bildirilir.

Hadisədən dərhal sonra Xəyyam Nağıyev polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Fotoda qətlə yetirilən Vüqar Əsgərov

Fotoda qətli törətməkdə şübhəli bilinən Xəyyam Nağıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!