Overçuk İrəvanda nəqliyyat əlaqələrindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Overçuk İrəvanda nəqliyyat əlaqələrindən danışdı

Rəsmi

14 İyun 2023 15:01 824


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Yenisabah.az “Armenian News" ai stinadla xəbər verir ki, iclasda baş nazirin müavini Mher Qriqoryan da iştirak edib. 

9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi əsas müzakirə mövzusu olub. pizza sifarişi

“Biz bu infrastrukturların ərazisindən keçəcəyi tərəflərin suverenliyi və yurisdiksiyası prinsipi əsasında regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında və blokadadan çıxarılmasında maraqlıyıq. Əminəm ki, bu gün bəzi aspektləri müzakirə edəcəyik və bu münasibətlə sizinlə görüşməyimə şadam”, - deyə baş nazir bildirib.

Bu kontekstdə Nikol Paşinyan və Aleksey Overçuk dəmir yolu əlaqəsinin bərpası, tərəflərin suverenliyi və yurisdiksiyasına əsaslanan sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!