Övladları Oqtay Şirəliyevin istefasını niyə susqunluqla qarşıladı?

saytların hazırlanması

Evə çatdırılma

Övladları Oqtay Şirəliyevin istefasını niyə susqunluqla qarşıladı?

Maraqlı

26 Aprel 2021 12:42 1304


Azərbaycanın səhiyyə naziri olmuş Oqtay Şirəliyevin istefasına övladları heç bir münasibət bildirməyib.

Yenisabah.az xəbər verir ki, aprelin 23-də Prezidentin sərəncamı ilə Oqtay Şirəliyev nazir vəzifəsindən azad olunub.

Adətən, məmur övladları atalarının vəzifəyə təyinatı və ya istefası ilə əlqədar sosial şəbəkələrdəki səhifələrində münasibətlərini açıqlayırlar. Lakin Oqtay Şirəliyevin təxminən 15 illik fəaliyyətdən sonra vəzifə kürsüsünü təhvil verməsi yaxınları tərəfindən susqunluqla qarşılanıb. pizza

Sabiq nazirin oğlu Murad Şirəliyev “Kapital Bank” idarə heyəti sədrinin müavinidir və məlum olduğu qədər, nə KİV, nə də sosial şəbəkədə Oqtay Şirəliyevin istefasına dair açıqlama verməyib.

Rusiya Xarici İşlər Nazirliyi nəzdindəki “Rossotrudniçestvo” qurumunda sədrin müşaviri vəzifəsini tutan Nərminə Şirəliyeva da özünə zəhmət verərək mövzu barədə danışmaq istəməyib.

Xanım Şirəliyevanın “Instagram” və “Facebook” səhifələrində son paylaşımlar Moskvada keçirilmiş tədbirlərlə bağlıdır.

Xatırladaq ki, tarix elmləri namizədi olan eks-nazirin qızı həm də Moskva Beynəlxalq Münasibətlər üzrə Dövlət İnstitutunun (MQİMO – MBMDİ) professorudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!