Özbəkistan prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə Böyük Vətən müharibəsi veteranlarına 15 milyon sum (təxminən 1,35 min dollar) birdəfəlik pul mükafatı veriləcək.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, 9 May günü ilə əlaqədar qərar hərbi düşərgə əsirlərinə və Leninqrad mühasirəsindən sağ çıxanlara da şamil olunacaq.
İyunun 1-dən Özbəkistanda müharibə veteranlarına, əlillərə və tənha qocalara qida və gigiyena vasitələri almaq üçün aylıq 270 min sum (24 dollar) müavinət veriləcək. Bundan əlavə, onlara paltar almaq üçün hər il 4 milyon sum (360 dollar) kompensasiya ödəniləcək. Sezar pizza
Özbəkistanda 500-ə yaxın İkinci Dünya Müharibəsi iştirakçısı, 10 minə yaxın əmək cəbhəsi işçisi yaşayır. Ölkənin 1,9 milyondan çox sakini Böyük Vətən müharibəsində iştirak edib, onlardan 540 mindən çoxu həlak olub, 160 mini itkin düşüb.
Telegram kanalımız