Özünə güvən, yoxsa ifrat arxayınlıq? -   DYP statistikanı açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Özünə güvən, yoxsa ifrat arxayınlıq? - DYP statistikanı açıqladı

Sosial

09 Yanvar 2026 12:56 305


Bəzən sürücülər uzun illər sükan arxasında olmasına, tanış marşruta və ya avtomobilinin texniki imkanlarına güvənərək riskləri düzgün qiymətləndirmir. Halbuki yol hərəkəti elə bir mühitdir ki, burada hər an gözlənilməz vəziyyət yarana, qəfil təhlükə meydana çıxa bilər.

Bu barədə “Yeni Sabah” Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Bildirilib ki, 2025-ci il ərzində 10 ildən yuxarı təcrübəsi olan sürücülər tərəfindən 488 yol-nəqliyyat hadisəsi törədilib ki, bu da ümumi qəzaların 39,0 faizini təşkil edir:  Marqarita pizza

“Sürücünün həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsinə, təhlükəsiz ara məsafəsinin saxlanılmamasına, riskli manevrlərə səbəb olur. Bir anlıq yanlış qərar isə ağırlıq dərəcəsi yüksək olan qəza deməkdir!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, təcrübə məsuliyyətin artması, xətaların azalmasıdır: Yolda özünüzə deyil, qaydalara güvənin!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!