“Özünə kişi deyən hər kəs İrana qarşı...” – Xalq artistindən çağırış

saytların hazırlanması

Evə çatdırılma

“Özünə kişi deyən hər kəs İrana qarşı...” – Xalq artistindən çağırış

Siyasət

01 Fevral 2023 16:42 10206


“İran adlanan ölkədə müstəqil bir dövlətin səfirliyinə qarşı olan hücum Azərbaycanın müstəqilliyinə qarşı olan hücumdur. Bu, toxunulmazlığımıza qarşı olan təcavüzdür. Ona görə də hesab edirəm ki, dövlətçilik əxlaqı olan heç bir dövlət bu cür hərəkətlər etmir. Bu İran İslam cümhuriyyəti deyilən ölkənin əxlaqının olmamasından irəli gəlir”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyib. İrandakı səfirliyimizdə baş verən terror hadisəsi ilə bağlı danışan aktyor İranın bu yolla Azərbaycanı hədələdiyini bildirib:

“Səfirliklər bir ölkənin ərazisi hesab olunur və toxunulmazdır. Beynəlxalq qanunlara görə də məsələ bu şəkildə qəbul olunur və tanınır. Amma Azərbaycan respublikasının müstəqilliyini, onun son zamanlar qazandığı uğurları, torpaqlarını işğaldan azad etməsi, beynəlxalq aləmdə öz sözünü demiş olması, iqtisadi inkişafı, hərbi sahəsinin inkişafı, dünyada artan nüfuzu İran adlanan ölkəni, onun rəhbərlərini, fars faşizmini görünür çox ciddi narahat edib ki. Bizi bu sayaq hədələmək, xəbərdarlıq etmək istəyirlər. Bu onların son illərdə atdıqları ən böyük siyasi səhvdir və cinayətdir”.  pizza mizza

Sənətçinin sözlərinə görə, bu gün bütün azərbaycanlılar baş verənlərə öz etirazını bildirməlidir:

“Bu gün İran-Fars rejiminə münasibət bildirmək özünə azərbaycanlı adlandıran və özünü bu millətdən hesab edən hər kəsin borcudur. Hər kəsin əxlaqından, milli kimliyindən irəli gələrək  bu addımı atacaq. Dövlət öz addımını atdı, səfirliyini orada təxliyə etdi. Artıq səfirlik fəaliyyətini dayandırıb. Artıq həm güneydəki, həm də quzeydəki azərbaycanlılar fars rejiminə münasibətlərini göstərməlidir. Bu hər kəsin həm borcu, həm də haqqıdır. İş adamlarının, sənət adamlarının, sıravi vətəndaşların bu gün bu terrora münasibət bildirmək həm mənəvi, həm də əxlaqi borcudur. İran bu gün dünyadan təcrid olunub və bizim qapılarımız vasitəsilə dünyaya çıxırlar. Onların nəfəslikləri bağlanmalıdır”. 

Aktyor Azərbaycanda fəaliyyət göstərən İran mərkəzlərinin casus şəbəkəsi olduğunu deyib və onların tezliklə bağlanmasını tələb edib:

“Bu gün Azərbaycan Respublikası ərazisində 10-dan çox İran adalanan ölkənin müxtəlif adlar altında gizlənən idarələri, fəaliyyət göstərən casus şəbəkə mərkəzləri var. Onların hamısı fəaliyyətini dayandırmalı və ölkədən çıxarılmalıdır. İranda bizim səfarətxanamızdan (səfirlik) və  Təbrizdəki konsulluğumuzdan başqa heç bir idarə yoxdur. Orada nə mədəniyyət mərkəzi, nə də başqa mərkəzlər var. Belə olan halda, niyə Bakı şəhərində, başqa rayonlarda 10-dan yuxarı İran tədris mərkəzləri, müxtəlif adlar altında gizlənən casus şəbəkəsi var? Bunlar hamısı bağlanmalıdır! Bu bizim həm dövlət olaraq haqqımızdır, həm də şəhidimizin qarşısında borcumuzdur. 

Özünə kişi deyən, əxlaq və mənəviyyat sahibi sayan hər kəs İrana qarşı münasibətini göstərməlidir! İran bütün mənalarda təcrid olunmalıdır. Bizim bayrağımıza təcavüz olunub. O bayrağı öz bayrağı hesab edən hər bir kəs bu məsələyə münasibəti göstərməlidir. Düşmənin buynuzu olmur. İran özünü şiə, müsəlman ölkəsi adlandırır, amma Azərbaycan torpaqlarını işğal edən, insanları yurd-yuvasından didərgin salan, soyqırımı törədən, qadın-qızlarımıza zülm verən ölkənin yanında olur. Ermənistanın təhlükəsizliyi bizim qırmızı xəttimizdir deyən İran-fars rejimi təcrid olunmalıdır! Hər biz azərbaycanlı buna öz etirazını bildirməlidir. İranla bütün münasibətlər kəsilməlidir! Şəxsən mənim fikrim bu cürdür və özünə azərbaycanlı deyən hər bir şəxs məhz bu cür hərəkət etməlidir”. 

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!