Özünü asan nişanlı gəncin məktubu tapıldı: “Oğlun olsa, adımı qoyarsan“

saytların hazırlanması

Evə çatdırılma

Özünü asan nişanlı gəncin məktubu tapıldı: “Oğlun olsa, adımı qoyarsan“

Kriminal

14 Avqust 2019 15:30 1193


Xəbər verdiyimiz kimi İsmayıllıda intihar hadisəsi baş verib. 

"Yeni Sabah" oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şəbyan kəndində qeydə alınıb. 

1986-cı il təvəllüdlü Piriyev Səbuhi Arif oğlu özünü həyətindəki qoz ağacından asıb. Dominos pizza

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

S.Piriyev intihardan əvvəl məktub yazıb.

Məktubda qeyd edilib ki, ona aid torpaq sahələri adlarını yazdığı qohumları arasında bölüşdürülsün. Bundan əlavə, qardaşına vəsiyyət edib ki, oğlu olsa, onun adını qoysun. 

Qeyd edək ki, intihar edən şəxs nişanlı imiş, ayın axırı toyu olacaqmış. O, Qurban bayramında nişanlısıgildə olub.

Faktla bağlı araşdırma aparılır


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!