Zaqatalada 17 yaşlı qızın intihar etməsi haqda xəbər vermişdik.
“Yeni Sabah” xəbər verir ki, hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.
Primetime.az yazır ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G.İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir. pizza mizza
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Telegram kanalımız