“Kişi gərək kişi olsun. İndiki kişilərə baxanda adam utanır...”
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı, publisist Çingiz Abdullayev “Report”a müsahibəsində deyib:
“Baxırsan kişidir, qadınla münasibəti var və bunu hər yanda danışır, bununla fəxr edir. Özünü də, qadını da biabr edir. Hələ televiziya kanallarında nələr var, nələr. Bir-birilərini biabr edirlər. Sən axı kişisən. Özünü kişi kimi apar. Bir qadın mənə deyib, kişilər qalmayıb e, Çingiz müəllim. Kişilər bir qadını tanıyır və o qadını tanıdığını hər kəsə danışır. Özündən utanmırsan, a kişi?! Kişi, kişi olmalıdır, bu çox vacibdir. Ona görə də, bəli, sirlər olmalıdır”. pizza
Yazıçı AYB-nin növbəti qurultayında da Anara səs verəcəyini deyib:
“İstəyirik ki, qurultayı Şuşada keçirək. Mən AYB-nin birinci katibiyəm. İndi bilmirəm məni seçərlər, ya yox, amma sədrimiz Anardır. Mən sizə ciddi və səmimi deyirəm, onunla 34 ildir işləyirəm. Bilirəm ki, o, Azərbaycan üçün nə qədər işlər görüb. Əgər səsvermə olsa, səsimi Anara verəcəyəm.
Anarın yaşı ilə bağlı sual verə bilərsiz. Bilirsiz, bu futbol deyil ki, 20-30 yaşlı insanları tapaq. Bura Yazıçılar Birliyidir və burada ağsaqqal sözünə hər zaman ehtiyac var. Ona görə, əgər Anar namizədliyini irəli sürsə, səsimi ona verəcəm”.
Telegram kanalımız