Özünü dənizə atan qızla bağlı şok DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Özünü dənizə atan qızla bağlı şok DETALLAR

Hadisə

25 Fevral 2020 14:31 13495


Ailələri görüşmələrinə razılıq vermədiyi üçün sevgilisi ilə birgə Bulvarda özünü dənizə atan gənc qız təhsil eksperti Elçin Əfəndinin tələbəsi olub. "Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı E.Əfəndi öz "Facebook" səhifəsində paylaşıb. "2017-ci ildə Nəzakət Rzazadə adlı tələbəm 667 balla Tibb Universitetinə qəbul olmuşdu. Onun bu balı toplaması üçün əlimdən gələn hər şeyi etdim. İndi xəbər gəldi ki, özünü Xəzərə atıb və hazırda cəsədi tapılmır. İndicə atası ilə danışdım, tapmırlar", - deyə E.Əfəndi bilbidirib. Qeyd edək ki, yerli mətbuatda gedən xəbərlərdə intihar edən gənc qızın adının Günel Rzazadə olduğu bildirilir. Sabrina Eldarqızı
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!