Bakıda 162 saylı məktəbdə VIII sinif şagirdinin özünü məktəbin 3-cü mərtəbəsindən yerə atması haqda məlumat yayılıb.
“Yeni Sabah” xəbəri dəqiqləşdirmək üçün məktəblə əlaqə saxlayıb. 162 nömrəli tam orta məktəbdən verilən məlumata əsasən, VIII sinif şagirdi məktəbin III mərtəbəsindən yıxılıb.
"Şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasının Taksikologiya şöbəsinə yerləşdirilib. Şagirdin ayağında sınıq var". pizza sifarişi
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Əsmər Qabil
Telegram kanalımız