Özünü Polad Həşimovun bibisi kimi qələmə verən qadın dələduzluq edərək pul yığır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Özünü Polad Həşimovun bibisi kimi qələmə verən qadın dələduzluq edərək pul yığır - Foto

Hadisə

12 Mart 2022 20:49 993


Özünü şəhid general-mayor Polad Həşimovun bibisi kimi təqdim edən qadın dələduzluq edir.

Yenisabah.az xəbər verir ki, bu barədə şəhid generalın bacısı Kəmalə Həşimova özünün sosial media hesabında məlumat verib.

O bildirib ki, Səkinə adlı qadın özünü Polad Həşimovun bibisi kimi təqdim edərək başqa məqsədlər üçün istifadə edir: Marqarita pizza

“Rəsmdə gördüyünüz bu qadın öz dediyinə görə, əslən Gəncəli olsa da, Bakıda yaşayan Səkinədir. Başqa ziyarətçilər kimi evimizə gəlib rəsm də çəkdirib. Amma bu qadının bizim ailəmiz ilə heç bir qan bağı yoxdur. Hər yerdə “Poladın bibisiyəm” deyərək başqa məqsədlər üçün istifadə edir. Müxtəlif şirkətlərə gedərək yardım istəyir, pul yığır. Çox xahiş edirəm əgər bu adla kiməsə yaxınlaşarsa həddini bildirin. Mənim Fatma adında xanım-xatun bir bibim var. Çox qürurlu və məğrur bir qadındır. Belə dələduzlara fürsət verməyin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!