Özünü yandıran kişi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Özünü yandıran kişi vəfat etdi

Kriminal

11 İyun 2019 07:20 1196


İsmayıllı rayonunda iyunun 1-də intihara cəhd edən şəxs dünyasını dəyişib.

Rayonun Mücəftaran kənd sakini, 1984-cü il təvəllüdlü Rəcəbəliyev Ramil Nazim oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Ağır vəziyyətdə olan yaralı əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakı şəhərində olan xəstəxanaların birinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, R.Rəcəbəliyev bu gün dünyasını dəyişib. pizza mizza

Məlumata görə, həyat yoldaşından ayrılan R.Rəcəbəliyev övladlarını görmək üçün qayınatasının rayon mərkəzindəki evinə gedib. Qohumlarının sözlərinə görə, o, övladlarını görə bilmədiyinə görə üstünə benzin tökərək özünü yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!